Hollivudun ən qalmaqallı aktrisası restorandan qovuldu. Cia.az-ın məlumatına görə, içki və narkotik aludəçisi olan Lindsi Lohan bu dəfə Moskvada biyabr olub.
Restoranda siqaret çəkmək istəyən aktrisa obyektdən çıxarılıb. Ona ictimai yerdə siqaretin qanunla qadağan olduğu izah edilib.
Küçəyə çıxanda isə onu dərhal paparatzi və hərəstişkarları əhatəyə alıb. Lohan onlardan qaçmalı olub.
Məlumata görə, 28 yaşlı Lohan Rusiya paytaxtında keçirilən "Formula E" yarışlarını izləmək üçün gəlib.
Qeyd edək ki, aktrisanın daha öncə də qanunla bağlı problemləri olub. O, pis vərdişlərinə görə, son illərdə beş dəfə həbs edilib, ictimai işlərdə çalışıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.