Aktyor Tolqahan Sayışman 2008-ci ilin “Kainat gözəli” Almeda Abazi ilə sevgili olduğunu təsdiq edib. Cia.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlük sosial şəbəkədə paylaşdıqları fotolarıyla bir-birlərini ələ veriblər. Belə ki, barələrində eşq dedi-qoduları yayılan Tolqahanla Almeda səhifələrində Oksfordda eyni məkanlarda çəkdirdikləri şəkilləri yerləşdiriblər.
Bununla da onlar birlikdə dincəldiklərini nümayiş etdirməklə sevgili olduqlarını təsdiqləyiblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.