banner
banner

Sosİal

Bakıda Avropa İttifaqının nümayəndəliyi qarşısında - AKSİYA

Bakıda Avropa İttifaqının nümayəndəliyi qarşısında -

Bu gün Azərbaycanın bir qrup gənclər təşkilatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçiriblər.
Gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin qarşısındakı aksiyada Avropa İttifaqının ölkmizə qarşı ikili siyasətinə etiraz ediblər. Aksiyada qeyd edilib ki, Avropa İttiffaqı Azərbaycana qarşı ikili siyasət yürüdür, ölkəmizə qarşıqərəzli mövqe nümayiş etdirir: 

"Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Avropa İttiffaqı, Avropa Parlamenti bundan danışmır, əvəzində 2-3 məhbusun müdafiəsi ilə məşğuldur".

Gənclər aksiyada qeyd ediblər ki, Avropa İttiffaqı onun qurumları Avropa Oyunlarını siyasiləşdirirlər, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Aksiyada "Rədd olsun, Martin Şults, yaşasın Azərbaycan!", "Avropa Parlamenti dağıtmağa yox, qurmağa xidmət et!", "Avropanın dostuyuq, bizi düşmən saymayın!", "Azərbaycanı sərbəst buraxın!", "Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?" "Rədd olsun neoimperialistlər" və digər şüarlar səsləndiriblər.

Aksiyanın sonunda qətnamə qəbul ediblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.