Bu gün bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Bakıda I Avropa Oyunlarının möhtəşəm açılışı baş tutacaq. Oyunlarla bağlı olaraq müəyyən yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən Cia.az-a verilən məlumata görə, paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Açılış mərasimi günü günorta saat 04.00-dan, növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək • Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək
Qeyd edək ki, Bakı 2015 İlk Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.