banner
banner

Sosİal

70 əlil Nabran istirahət zonasına yola salınıb

70 əlil Nabran istirahət zonasına yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 70 əlilliyi olan şəxs Xaçmazdakı Nabran istirahət zonasına yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a verilən məlumata görə, ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq bu gün 70 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət zonasında yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərilib.

Bununla da cari ilin aprelindən başlayaraq ötən müddətdə nazirlik tərəfindən 670 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub. İstirahət günlərində əlilliyi olan şəxslər üçün idman yarışları, musiqili-əyləncəli tədbirlər, fizioterapevtik müalicə prosedurları, görməli yerlərə gəzinti turları təşkil olunur.

Onlar istirahət mərkəzlərinə, eləcə də gəzinti turlarına xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətirilirlər. Ümumilikdə cari ildə ƏƏSMN tərəfindən 1000 nəfərdən çox bu təbəqədən olan vətəndaşın respublikanın füsunkar təbiətə malik guşələrində istirahətə göndərilməsi nəzərdə tutulub. Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilən tədbirlər əlilliyi olan şəxslərin yaz-yay aylarında mənalı istirahətinin təşkilinə xidmət edir.

Qeyd olunan şəxslərin yola salınması zamanı onlar sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıqla söz açaraq, göstərilən diqqət və qayğıya, habelə əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.