Müğənni Murad Boz və aktyor Burak Özçivit eyni filmdə rol alacaqlar. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Mert Baykalın rejissorluğu ilə çəkilən film "Kardeşim benim" ("Kiçik qardaşım mənim") adlanır.
Filmin ssenarisi illər sonra qarşılaşan iki qardaş haqqındadır. Ekran işində aktrisa Aslı Enver də çəkilir.
Xatırladaq ki, keçən mövsüm hər iki sənətçi çəkildikləri filmlərlə uğur qazanıblar. Burak və Murad həm də yaxın dostdular.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.