Bakı bulvarına 4 yeni gətirilən ekspress qatarları istifadəyə verilib.
Qatarlar 12 iyun tarixindən fəaliyyətə başlayıb. Almaniyadan gətirilən “Mercedes” markalı bu qatarlarla hərəkət etmək böyük zövq verir.
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə, ekspress qatarlar “Bakı su idman mərkəzi” ərazisində “Bulvar Oteli” istiqamətində hərəkət edir. Onun sözlərinə görə, qatarlarda istifadəçilərin rahatlığı üçün bütün şərait var.
“Qatarlar 3 vaqondan ibarətdir. İçərisində kondisioner, isitmə sistemi var. Vaqonun bütün nöqtələrinə müşahidə kameraları quraşdırılır”, - deyə Nazim Məcidov bildirib.
Qatarlara biletin qiyməti 2 manatdır. Amma Avropa oyunlarına biletləri olan şəxslərdən, yarışlarda iştirak edən və Avropa Oyunları vəsiqəsi olanlardan gediş haqqı alınmır.
Yeni qatarlar səhər saat 9:00-dan gecə 01:00-a qədər fəaliyyət göstərir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.