Ramazan ayının 5-ci gününün duası: imsak və iftar vaxtı
Sabah Ramazan ayının 5-ci günüdür.
Cia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Şamaxı Rəsədxanasının tərtib etdiyi təqvimə görə, Bakı şəhərində sübh namazı 04:40-da, axşam namazı isə 21:31-də qılınacaq.
İmsaq yeməyini sübh namazından 20 dəqiqə əvvəl bitirmək məsləhət görülür.
Ramazan ayının 5-ci gününün duası:
Ramazan ayının 5-ci gününün duası:
Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.