Müğənni Beyons illər əvvəl bir neçə filmdə iştirak etsə də, aktrisalıq karyerasını davam etdirməmişdi. Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı yeni filmdə rol alacaq. "Marvel" və "Disney" şirkətləri onu "Avengers" ("Qisasçılar") filminin növbəti hissəsində çəkilmək üçün dəvət ediblər. Onlar danışıqların uğurla bitəcəyinə inanırlar:
"Biz indiyə qədər ekranda görünməyən bir qəhrəman obrazını Beyonsa vermək istəyirik".
Qeyd edək ki, filmin növbəti hissəsinin 2018--ci ildə təqdim olunacağı gözlənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.