banner
banner

Şou

Türkiyənin məşhur serialı kanal dəyişir

Türkiyənin məşhur serialı kanal dəyişir

Türkiyənin fenomen serialı "Arka Sokaklar" növbəti sezondan yeni kanalda yayımlanacaq. 
Mətbuatda serialın bu mövsüm final edəcəyi və "Kanal D" ekranlarında son dəfə yayınlanacağı iddia olunurdu. Məsələ ilə bağlı serialın istehsalçı şirkəti "Erler Film" rəsmi açıqlama yayaraq bütün söz-söhbətlərə son qoyub.

Rəsmi açıqlamada deyilir: "Son bir neçə gün ərzində mətbuatda "Arka Sokaklar" serialının final edəcəyi yazılır. "Arka sokaklar" serialı növbəti mövsümdən başqa bir televiziya kanalında yayımına davam edəcək.

Serialın çox sevilən qəhrəmanları, rejissoru, köməkçiləri, texniki heyət əskiksiz yoluna davam edəcək. Eyni zamanda, seriala yeni tanınmış aktyorlar da daxil olacaq. Macera - komediya janrındakı serialımız yeniliklərlə yenidən tamaşaçıların qarşısına çıxacaq", -deyə bəyanatda qeyd edilir. 

Xatırladaq ki, "Arka Sokaklar" serialı 9 ildir ki, "Kanal D" ekranlarında yayımlanırdı. Böyük bir komandanın ərsəyə gətirdiyi serialın bu günə kimi 376 seriyası çəkilib. Serialın "Kanal D"dəki son bölümü iyunun 26-da Bakı vaxtı ilə saat 22:00-da ekranlara gələcək. 























Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.