8 ildir ekranlarda evlilik proqramına aparıcılıq edən Esra Erol yeni rekorda imza atıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Fox TV-dən ATV-yə transfer olan Erol ayda 1 milyon 100 min lirə (təxmini 430 min manat) maaş alacaq. Bununla da "Esra Erolla izdivac" proqramı qardaş ölkənin televiziya tarixində ən yüksək büdcəli veriliş olub. Ayda 22 gün ekrana gələcək proqramın günlük xərci 50 min lirəyə (təxmini 20 min manat) başa gələcək. Esranın həyat yoldaşı Ali Özbir də eyni kanalda aparıcılıq edəcək. Xatırladaq ki, E.Erolun Acun İlicalı ilə razılaşaraq TV8-ə keçməsi xəbəri yayılsa da, iddia özünü doğrultmamışdı. Qeyd edək ki, bir oğul anası olan xanım aparıcı ikinci uşağına hamilədir. Bu səbəbdən o, noyabr və dekabr aylarında ekrana çıxmayacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.