Müğənni Ebru Yaşarın Necat Gülsevenle ailə qurması haqda xəbər vermişdik. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iş adamı N.Gülsevenin Ebru üçün toyda aldığı üzüyün qiyməti məlum olub.
Belə ki, Belçikadan gətirilən xüsusi daşlarla bəzədilmiş üzüyün 500 min lirə (təxmini 200 min manat) dəyəri varmış.
Qeyd edək ki, cütlük 25 nəfərlik qonaqdan ibarət toyları üçün kiçik oteli bağlatdırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.