Rusiyalı müğənni Eminin istirahət mərkəzində - FOTOLAR
Rusiyalı müğənni Anita Soy Bakıya gəlib. Cia.az-ın məlumatına görə, ifaçı müğənni-bəstəkar Eminin Bakı konsertini izləyib. Anita eyni zamanda Eminin sahibi olduğu istirahət mərkəzində dincəlib.
Bakıda çəkdirdiyi şəkilləri İnstaqramda paylaşan Soy “Xəzər dənizinin sahilində gözəl gün. Emin, ölkəndəki qonaqpərvər qarşılama üçün təşəkkür. Hər şey möhtəşəm idi” sözlərini yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.