“The Only Way Is Essex” realiti-şousu ilə tanınan model Lusi Meklenburq hər zaman tətil üçün yollandığı Dubaya bu dəfə işgüzar məqsədlə səfər edib.
Cia.az-ın xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı model firmalardan birinin reklamına çəkilib. Lusi siması olduğu kampaniyanın çəkilişləri üçün kameralar önünə keçib.
Qırmızı bikinisi və həsir şlyapası ilə diqqət çəkən model çəkilişlərdən sonra paparassilərin kamerasına da gülümsəməyi unutmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.