banner
banner

Sosİal

Cəbhə xəttindəki qəsəbələrə qaz verildi- fotolar

Cəbhə xəttindəki qəsəbələrə qaz verildi-

Füzuli rayonunun 9 və 8 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 
Tədbidə respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışılıb.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun əksər yaşayış məntəqələri qazlaşdırılıb, digər kənd və qəsəbələr isə bu ilin avqust ayına kimi qazlaşdırılacaq.

Bildirilib ki, 9 və 8 №-li Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbəlrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub. 205 abonenti olan 9 №-li Qayıdış və 208 abonenti olan 8 №-li Qayıdış qəsəbələrində birpilləli sistem əsasında uzunluğu 9554 metr olan metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Mərasimdə qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.







Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.