Müğənni Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şikeli canlı efirdə sinəsi açıldığı üçün təhqir edən şəxsi bağışlamayıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hələ evli olduğu zamanda Çağlanı sosial mediada təhqir edən şəxsi məhkəməyə verən Emre boşandıqdan sonra da iddiasından vaz keçməyib. Dünən İstanbulda həmin şəxsin məhkəməsi baş tutub. 3 aydan 2 ilə qədər həbs cəzası gözlənilən Sinan B. adlı müttəhimə 150 günlük cəza verilib. Onun bu cəza qarşılığında 3 min lirə ( təxmini 1200 manat) ödəməsi nəzərdə tutulub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.