Bu yaxınlarda boşanmağa hazırlaşdıqlarını elan edən Hollivudun məşhur cütlüyü Cennifer Qarnerlə Ben Afflek uşaqları ilə birlikdə Baham adalarına tətilə yollanıblar. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün maqazin dünyasından uzaq qalaraq bütün vaxtlarını 3 uşağına ayırmaq istədiyi deyilir. Tanınmışlara yaxın mənbənin verdiyi məlumata görə, Cenniferlə Ben övladları ilə birgə bu çətin məqamı yoluna qoymağa çalışdıqlarını deyib. Affleklə Qarner boşanmalarının uşaqlarına təsir etməməsi üçün bir müddət bir arada olacaqlar.
Qeyd edək ki, Benlə Cennifer 2o05-ci ildə ailə qurublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.