Türkiyəli aktrisa Bade İşçılın həyatında daha bir uğursuz hadisə baş verib. Cia.az-ın "acunn.com"a istinadən xəbərinə görə, bir neçə gün əvvəl həyat yoldaşı Malkoç Süalpdan ayrılma xəbərləri mətbuatda yayılan Badenin sosial şəbəkələrdəki profilinin şifrəsini sındırıblar. Bu haqda twitter-də yazan aktrisa "Həftənin birinci günü bununla bağlı polisə müraciət edəcəm. Sosial şəbəkədəki profillərimin parollarını sındırıblar. Mənim xəbərim olmadan pis məqsədlərlə istifadə edilə bilər" deyə, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.