Modelyerin keçmiş əri yeni sevgilisi ilə - fotolar
Serbiyalı modelyer İvana Sərtdən boşanan iş adamı Yurdal Sərt yeni sevgilisi ilə obyektivlərə tuş gəlib.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı ukraynalı model Aleksandra Tanaislə birlikdədir. Cütlük Bebekdə paparassilərin hədəfində olub.
Yurdal jurnalistlərin modellə bağlı suallarına “Aleksandra Tanais dünya şöhrətli modeldir. Adını düzgün yazın. Google-da axtarışa versəniz, çıxacaq”, - deyə cavab verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.