banner
banner

Sosİal

Bu ərazilərdə sarı zolaqlar qüvvədə qalacaq- Xəbərdarlıq+Video

Bu ərazilərdə sarı zolaqlar qüvvədə qalacaq-

Avropa Oyunları öncəsi paytaxtın müəyyən küçə və prospektinə çəkilmiş sarı xəttlər bəzi ərazilərdə silinməyə başlanıb. 

Cia.az xəzərxəbər-ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektindəndir. 

Oyunlar zolağının bir neçə metri silindkcə, digər hissələrinə də qırıq-qırıq ağ boya vurulur. Yəni bu o deməkdir ki, həmin ərazidə istənilən avtomobil hərəkət edə bilər.

İşi 'Azəryolservis' ASC-nin əməkdaşları aparır. 

Qrumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflidən aldığımız məlumata görə, bu işlərə ilk olaraq Ziya Bünyadovda prospektində başlanıb. Sonra Tbilisi prospektinin iki zolaqlı ərazisində işlərə start veriləcək.

Ancaq yük avtomobillərinə qadağan edilmiş sarı xətlər 3 və 4 zolaqlı yollarda silinməyəcək.

Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədər də cərimələnəcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.