Qonşuları “Leonardo Di Kaprio”dan şikayət etdi... Xalq artisti
Maddi çətinliklərə görə bağçada yaşayan Arda Kuralı qonşuları polisə şikayət edib. Bir zamanlar Türkiyənin “Leonardo Di Kapriosu” adlanan və serialların sevilən aktyoru olan Arda Kural şizofreniyadan müalicə aldığına dair xəbərlərlə gündəmə gəlmişdi. Bir neçə gün əvvələ qədər anası Gülnur Kuralla birlikdə kirayə evdə yaşayan köhnə aktyor maddi çətinliklər səbəbi ilə yenə çətin günlər yaşayır.
Deyilənlərə görə, kirayə tutduğu evin pulunu ödəyə bilməyən anası 10 gün əvvəl bütün əşyalarını götürüb böyük qardaşının yanına köçüb. Aktyor isə evdən çıxmaq istəməyib. Boş evdə yaşayan aktyor gecələr də bağçada yatır. Ancaq qəribə davranışlarına görə qonşuları Kuralı polisə şikayət edib. Qonşular onu uşaqları qorxutduğu üçün bağçadan qovub. Vəziyyəti öyrənən Gülnur Kural köhnə evə gəlib və qonşuları həyətə toplayıb. Ananın sözünə görə, Kuralın evi tərk etməməsinə səbəb oranı çox sevməsidir: “Oğlum buranı çox sevir, nə qədər desəm də, mənimlə qardaşımgilə gəlmədi. Nə edək, pulumuz yoxdur”. Bütün əşyalarını çamadanlara toplayıb qapının ağzına qoyan qonşular Kuralın həyətdəki daşları pul kimi gördüyünü və qəribə hərəkətlər etdiyini deyib.
Yaşayacağı evi olmadığı üçün sevdiyi Böyükçəkməcədə hər yerin ona məxsus olduğunu deyən, öldüyünə dair çıxan xəbərlərə gülən aktyor mətbuatı izləmədiyini də bildirib: “ Ölmüşəm, xəbərim yox. Həyatımdan razıyam, əsas olan da budur”.
Qeyd edək ki, Gülnur Kural əvvəllər də açıqlamalarında oğlunun sahildəki daşları qızıl hesab etdiyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.