Ketrin Zeta-Cons ailəsi ilə qırmızı xalıda – fotolar
Londonda “Qarışqa adam” (“Ant man”) filminin premyerası keçirilib.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalıda amerikalı aktyor Maykl Duqlasla aktrisa həyat yoldaşı Ketrin Zeta-Cons obyektivlərə tuş gəliblər. Tanınmış cütlük premyeraya uşaqları Keris və Dilan ilə qatılıb.
Qeyd edək ki, Ketrin Zeta-Consla Maykl Duqlas 2000-ci ildə ailə qurublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.