Aparıcı Ece Erkenə təhdid mesajları göndərdiyi üçün məhkəmə tərəfindən 3 ay müddətinə həyat yoldaşına yaxınlaşmamasına qərar verilən Serkan Uçar boşanma davası açıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, evliliyin sarsılması səbəbi ilə boşanmaq istəyən Serkan həyat yoldaşından tez davranaraq məhkəməyə müraciət edib.
O, Ecenin 3 aylıq yaxınlaşmamaq qərarına etiraz etməyib.
Xatırladaq ki, Ece Erken məhkəməyə verdiyi şikayət ərizəsində həyat yoldaşı tərəfindən “Məndən ayrılsan, səni öldürərəm” sözləri ilə hədələndiyini demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.