Hazırda Azərbaycanda açılan aşpazlıq, qənnadıçılıq, süfrəçilik və bu tipli digər kursların verdiyi sertifikatlar işləmək hüququ vermir.
Bu barədə virtualaz.org saytına Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov məlumat verib.
Tahir Əmiraslanov deyib ki, qanuna görə, restoranlarda və digər iaşə obyektlərində işləmək üçün mütləq peşəkar baza təhsili olmalıdır: “Müxtəlif kurslarda isə yalnız baza təhsilindən sonra ixtisas artırmaq olar. İndi fəaliyyət göstərən belə kurslar işbazlar tərəfindən yaradılıb. Halbuki bu kurslarda yalnız peşəkar təşkilatların tövsiyəsi, təqdimatı və vasitəsilə dərs almaq olar. Bu sahədə baza təhsili dünyanın heç yerində axşam və ya qiyabi təhsil formasında olmur. Kurslarda sizə dərs verənlər mütləq ölkəmızdə təsdiq edilmış usta dərəcəsinə (yalnız usta sinif-praktik dərs verə bilərlər) və ali təhsilə (nəzəriyyədən dərs vermək ücün) malik olmalıdır. Sizə kurslarda göstərilən və elan edilən xarici sertifikatlar dərs demək hüququ vermir”.
Tahir Əmiraslanov beynəlxalq təşkilatların Azərbaycandakı bu kursların heç biri ilə əməkdaşlıq etmədiyini də əlavə edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.