banner
banner

Sosİal

Qarşıdakı illərdə hansı yarışlara ev yiyəsi olacağıq...

Qarşıdakı illərdə hansı yarışlara ev yiyəsi olacağıq...

2016-da baş tutacaq ralli yarışları barədə bilmədiklərimiz...

 

Azərbaycan 2016-cı ildə Bakı şəhərində yeni «Formula 1 Grand Prix» tədbirini keçirmək barədə müqaviləni imzalayıb. Rəsmi xəbərlərdki təqdimatda məhz bu cür qeyd olunub: AVROPA “FORMULA 1 Qrand-prix” kimi tanınan yarış FİA Formula “One World Championship” təqvimində olan digər marşrutlara rəqib ola biləcək; Bakı küçələrində,  orta əsrlərdən miras qalan İçərişəhərin, müasir göydələnlərin və Xəzər dənizinin möhtəşəm mənzərəsi fonunda baş tutacaq. Əsas tribuna və pit-stop nöqtəsi kimi Bakının Azadlıq meydanı seçiləcək, yarışın özü isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi əsas mənzərəli küçələrdən keçəcək. 
2012-ci ildə Bakıda keçirilmiş yarışların yollarda qoyduğu iz heç kimin yadından çıxmayıb. Çoxlarına görə, yarışlar paytaxt yollarında xaos, qarışıqlıq, sistemsizlik... anlamına gəlir. Bəs əslində sistem necədir? Bütün ölkələrdə belə keçirilir? 

İlk yarışın tarixi 1894-cü ilə təsadüf edir 
Ralli yarışları ilk benzin yanacaqlı avtomobillərin hazırlanması ilə başlanıb. İlk yarış 1894-cü ilin 22 iyul tarixində keçirilib. Parisin “Le Perir Journal” adlı dərgisi tərəfindən maliyyələşdirilən yarış Paris-Rouen arasındakı 126 kilometrlik bir məsafədə 21 maşının qatılması ilə başlanıb. Bu, daha çox bir etibarlılıq yarışı şəklində olub. Ancaq yarışın adı  “Parisdən Rouenə - 1894" olaraq dəyişdirilib. Yarışmaçılar ”Karl Benz", “Benz Cie”, “Cottlieb Daimler”, “Vilhelm Maybach” kimi industriya maşınları ilə yarışa qatılıb. İrəliləyən illərdə maşın idmanlarında fərqli sahələr də inkişaf edib və ilk dəfə “pist yarışı” adlandırılan yarışlar 1898-ci ildə Periqueeuxdə düzənlənib. Nəticələrin elan edilməsi və yayımlanması ilə bu, bir yarışma xarakteri daşımağa başlayıb. Bu yarışmanın öz nəticələri çərçivəsində bir bütünlüyü var və özünəməxsusdur. Bir və ya bir neçə mərhələdən, eləcə də finaldan ibarətdir. Sərbəst məşqləri və sıralama turlarını əhatə edə bilir, bənzər formada da bölümlərə ayrılır. 
Yarışmanın başlama zamanı olaraq, daha öncə müəyyənləşdirilən idari və texniki nəzarətin olması vacib şərt kimi qəbul edilir. Bu, yarışmanı, məşqləri və yarışmaçıları əhatə edir. Sürət yarışları öncədən müəyyənləşdirilən, orta bir sürətdə, qismən və ya tamamilə normal nəqliyyata açıq yol üzərində həyata keçirilən yarışmalardır. Bir ralli yarışı ya bütün maşınların izləyəcəyi tək bir məkandan, ya da ortaq bir məkan tapılmasa, bir neçə məkandan ibarət ola bilər. Özəl mərhələlərin xaricindəki məkan və məkanlar “Normal etap” adlandırılır. Bu normal mərhələlərdəki sürət heç bir şəkildə yarışmanın səviyyəsinin müəyyənləşdirilməsində bir faktor olmamalıdır. 
 
Beynəlxalq rallilərdə bütün maşınların gücü təxminən 300 hp ilə məhdudlaşdırılıb. 
 
Sürət yarışı deyib keçməyin, onların iki növü var 
Rusiya mətbuatının yazdıqlarında isə qeyd olunub ki, ümumiyyətlə, iki növ ralli yarışları var. Ənənəvi Avropa stilli rallilərdə, məsələn, “Ralli Monte-Karlo”da sürət maşınlarının xarakterinə uyğun olaraq, maşınlar maksimal gücündən yararlanmalı, bir punktdan digərinə çatmaq üçün öz gücündən istifadə etməlidir. İki nəzarət punktu arasındakı gediş mərhələ adlanır. Bu yarış adətən ictimai nəqliyyat üçün qapalı olan, ikinci dərəcəli yolda keçirilir. Amerika rallilərində də yarışın məqsədi bir qayda olaraq, iki nəzarət punktları arasındakı gedişdir, amma  Avropa rallisindən fərqli olaraq, çox aşağı sürətlə. Bu ralli verilmiş sürət rejimini və oriyentasiyanı idarə etmək bacarığının nəzarətə salınmasıdır. Avropa tipli rallilər ABŞ-da da keçirilir, amma boşaldılmış meşə yollarında. Onlardan ən məşhuru “Prss On Riqadlis Ralli” adlanır ki, onun da tərcüməsi “qaza bas, baxmayaraq ki, bu, rallidir”dən ibarətdir və Miçiqan ştatında keçirilir. 
 
 
Yuxarıda da qeyd etdiyimiz kimi, dünya tarixindəki ilk maşın yarışı Ruanada (Fransa) 1894-cü ilin iyulunda keçirilib. Yarışa başlayan 100 maşından cəmi 21-i finişə çatıb. Həmin illərdə avtomobil çox dəyərli oyuncaq sayılırdı, mexanika idarəetməsi ilə satışa buraxılıb və yarışa qatılanların əksəriyyətinin məqsədi atın daha etibarlı əvəzedicisi olduğunu sübut etmək olub. Bunu təsdiqləmək və reklam kampaniyası keçirmək üçün Çikaqo qəzeti olan “Tayms Gerald” bu şəhərdə 1895-ci ildə keçirilən ik yarışları maliyyələşdirib. 

Avtomobilin mövcud olduğu ilk illərdə əksər yarışlar Avropada keçirilib, amma bu sahədəki üstünlüyü Fransa əlində saxlayıb. Nəticədə yarışlar iki formaya keçib. Onlardan birinin əsas məqsədi avtomobillərin etibarlı olmasına hesablanıb. Bu forma yol sınaqlarının pik həddi kimi tarixə keçib. Maşının etibarlılığını sınaqdan keçirən ən qəddar yarış isə 1908-ci ildə keçirilib. Həmin yarışı amerikalı Tomas Flayer udub. İkinci növ yarışlar isə maşının etibarlılığından daha çox sürət faktorunun önə çıxarılmasına hesablanıb. 

 
Yaxşı, bəs bu yarışlar keçirilən zaman baş ünvan olan şəhərlərdə nə baş verirdi? İlk növbədə yarışların keçirildiyi yollar ictimai nəqliyyata qapadılırdı. Bir çox yarışlar şəhərlərarası keçirilirdi - Parisdən Venaya və ya əksinə. Bəziləri qapalı trasslarda baş tuturdu. Bundan başqa, yarışın təşkilatçıları bir qayda olaraq, təhlükəsiz və yararlı, funksional yolların qurulmasına məsuldular. Bunlardan biri yarış trası kimi ən qədimi sayılan “İndianapolis Motor Spiduey” trası olub. Bu tras 1909-cu ildə istifadəyə verilib və hələ də fəaliyyət göstərməkdədir. İngilislər də daxil olmaqla, avropalılar şosse yarışlarına üstünlük verirdilər. Taxta panellərdən hazırlanmış sürət traslarının tikilməsi də bu sahədə mühüm yenilik idi. 1915-ci ildən 1930-cu ilə qədər 24 belə tras istifadəyə verilib. 
Amma hər bir gözəlliyin bir neçə mənfi cəhəti də var. Belə ki, Avropada bu yarışlar zamanı baş verən bir neçə bədbəxt hadisədən sonra ralli yarışları ictimai yollarda yox, məhz yarış traslarında keçirilməyə başlanıb. Yarış maşınları ilə yanaşı, onları daim nəzarətdə saxlayan maşınlar da hər zaman onları müşayiət edib. 
Unutmaq olmaz ki, bununla yanaşı, avtoyarışlar eyni zamanda ciddi biznes sahəsinə çevrilib. Hazırda bu yarışların böyük əksəriyyəti əsasən gəlir əldə etmək məqsədilə keçirilir. Burada idmana dəstək, maşın həvəskarlarının könlünü xoş etmək kimi məramlar axtarmağa dəyməz. Neft şirkətləri, banklar, təkər istehsalçıları qalibləri maliyyələşdirmək uğrunda ciddi rəqabətə girirlər. Çünki bu vəsaitlərin onlara üç-dörd qat geri qayıdacağına əmindilər. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.