Həyat yoldaşı azərbaycanlı model Günay Musayeva ilə ayrılan türkiyəli aktyor Tolqa Karel sevgilisi Saşayla istirahətə yollanıb.
Türkbükü Mardarində dostları ilə dincələn cütlüyün xoşbəxtliyi diqqətdən qaçmayıb.
Qeyd edək ki, T.Karel bundan sonra seriala çəkilməyəcəyini və sevgilisi ilə Amerikaya köçməyi planlaşdırdığını bildirib.
Xatırladaq ki, Karel və Günay 2011-ci ildə ailə qurub. Cütlük ötən ilin noyabrında ayrılıb. Onların Cahangir adlı oğlu var. Tolqa və Günay rəsmi boşanmayıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.