banner
banner

Sosİal

«Cərrah xəstənin ciyərinə xəsarət yetirib»

«Cərrah xəstənin ciyərinə xəsarət yetirib»
Göyçay Mərkəzi Rayon Xəstəxanasının (MRX) bir qrup səhiyyə işçisinin ondan rüşvət aldığını iddia edən Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu bildirir ki, cərrah Famil Namazovun məsuliyyətsizliyi ucbatından qardaşının nişanlısı Yəhyayeva Vüsalə Teymur qızı yenidən əməliyyat olunub.
O, bildirir ki, avtomobil qəzası nəticəsində ağır xəsarət alan V.Yəhyayeva əməliyyat olunan zaman onun bədənində bint qalıb: “Əməliyyat zamanı onun çiyərinə də xəsarət yetirilib. Biz Famil Namazovdan şikayətçiyik”.
 
Xatırladaq ki, bu il iyulun 3-də Göyçay rayon Qarabaqqal kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində  S.Quliyevin qardaşı Akif Quliyev, onun nişanlısı Vüsalə Yəhyayeva və qonşusu Eyyub Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb rayon xəstəxanasına yerləşdirilib. 
Şikayətçilər iddia edir ki, onlar dövlət xəstəxanasına həkim və tibb bacılarına qeyri-qanuni olaraq 4 min manat  vəsait xərcləyiblər. Buna baxmayaraq xəstələrə tibbi xidmət göstərilməyib.
S.Quliyev rüşvət tələbi iddiası ilə cərrah F.Namazov və  travmatoloq Mərdəli Hacıyev barəsində Səhiyyə Nazirliyinə və  Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Məsələ ilə bağlı prokurorluqda onun izahatı alınıb. 
 
S.Quliyev Göyçay MRX-sının qarşılaşdığı qanunsuzluqlarla bağlı nazirliyə şikayət etsə də, bu qurum tərəfindən məsələnin araşdırılmadığını iddia edir.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.