Məşhur Britaniya jurnalı "The Daily Mail" Hollivud ulduzlarına bənzəyən rusların siyahısını hazırlayıb. Siyahıda diqqəti ən çox çəkən isə aktrisa Ancelina Colinin bənzəri Assiol Vasilyeva olub. Yerli rəssam Vladimir Vasilyevin qızı olan Assolun Ancelinaya bənzədiyini deyənlər çoxdur. O, özü isə bu barədə belə deyir:
"Güzgüdə və fotolarda özümə baxanda, Colini görmürəm. Anam görür, bəzən də nənəm deyir... İnsanlar deyir ki, guya mən oxşamaq üçün estetik əməliyyat etdirmişəm. Bu məni və ailəmi güldürür. Çünki yaxınlarım bilir ki, mən necə varamsa, həmişə belə olmuşam. Hesab etmirəm ki, Ancelinaya oxşayıram. Əgər elə düşünürlərsə, Tolstoy demişkən "Bütün gözəl qadınlar bir-birinə bənzəyir".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.