banner
banner

Sosİal

Nazirlikdən isti havada işləyənlərlə bağlı- Xəbərdarlıq

Nazirlikdən isti havada işləyənlərlə bağlı-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib. 

Nazirlikdən Cia.az-a daxil olan məlumata görə, Əmək  Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti  işəgötürənlə həmkarlar  təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarıf maaşına hesablanmalıdır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənləri xəbərdarlıq edərək, onlardan qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edir. 

Məlumat üçün bildiririk ki, DƏMX tərəfindən işəgötürənlərdə əmək qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə gücləndiriləcək.

Qanunvericiliyin bu tələbinə əməl olunmamasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, Məcəllədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.