banner
banner

Şou

Beren Saat "xalq düşməni" elan edildi - "Rədd ol, ölkədən get"

Beren Saat "xalq düşməni" elan edildi -
Aktrisa Beren Saat sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib. 
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni həyat yoldaşı Kənan Doğulu ilə Los-Ancelesdə evlilik ildönümünü qeyd edən aktrisanın ölkəsindəki terror hadisələrinə biganə yanaşaraq İnstaqram səhifəsində Amerika filmlərindən birinin şəklini paylaşması izləyiciləri əsəbləşdirib. 

“Xalq düşməni”, “Vətən xaini” “LGBT-ni dəstəkləyən PKK-çı”, “Terrorist” adlandırılan Beren öz ölkəsini sevməməkdə ittiham olunub. İstifadəçilər aktrisaya "İnşallah, şəhidlərin qanında boğularsan", "Bu ölkədə sənin kimilərə yer yoxdur, rədd ol get", "Şəhidlərin qatillərindən biri də elə sənsən", "Fındıq qədər beyninlə dövlət işlərinə burnunu soxma" şəklində sərt sözlər yazıblar. 

Qeyd edək ki, bir qədər əvvəl aktrisanın qayınanası Serpil Doğulunun gəlininə siyasi paylaşımlara görə xəbərdarlıq etdiyi, “ailəmi təhlükəyə salırsan” dediyi barədə xəbərlər yayılmışdı. Bunun qarşısında səssiz qalan B.Saat dünən paylaşdığı fotoya “Brando deyir ki, bizi uğursuzluğa düçar edən ittihamlarımızdır... Çapolla, palma ağacları və ay” yazmışdı.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.