Dünyaca məşhur rusiyalı model İrina Şeyk bəyəndiyi futbolçuların adını açıqlayıb. Cia.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bir vaxtlar "Real"ın hücumçusu Kriştiano Ronaldo ilə eşq yaşayan Şeykin cavabı hər kəsi təəccübləndirib. O, Ronaldonun əzəli rəqibi, "Barselona"nın oyunçusu Lionel Messini dünyanın ən yaxşısı adlandırıb:
"Futbol haqda o qədər də məlumatım yoxdur. Ancaq Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bilirəm".
Şeykin bu açıqlamasına onun keçmiş sevgilisi Ronaldonun necə münasibət göstərəcəyi maraq doğurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.