banner
banner

Şou

Bu il ən çox qazanan aktyorlar

Bu il ən çox qazanan aktyorlar

Məşhur "Forbes" jurnalı dünyanın ən bahalı aktyorlarının siyahısını hazırlayıb. 
Artıq 3 ildir siyahıda birinci yerdə Robert Dauni-kiçik dayanır. Bu il ərzində o, 80 milyon dollar qazanıb. Bu məbləği "dəmir adam" "İntiqamçı: Era Altrona" layihəsindən əldə edib. 
İkinci yerdə isə 30 milyon dollar fərqlə Ceki Can dayanır. Aktyorun gəliri 50 milyon dollardır.

Siyahının növbəti məşhuru "Forsaj" filminin qəhrəmanı Vin Dizeldir. O, 47 milyon dollar əldə edib. Ən çox qazanan dördüncü aktyor isə Bredl Kuperdir. O, bu il 41,5 milyon dollar qazanıb. Onun ardınca 41 milyon dollar gəliri olan Adam Sendler gəlir. Tom Kuruz isə 40 milyon dollar qazancı ilə altıncıdır. 

Onluğa Bollivud ulduzları da daxil olub. Belə ki, Amitabh Baççan və Salman Han bu il 33,5 milyon dollar qazanıb. Akşay Kumar isə 32,5 milyon dollar qazancı ilə doqquzuncu yerdədir. Siyahının sonuncusu isə amerikalı aktyor Mark Uolberqdir. Onun gəliri 32 milyon dollardır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.