banner
banner

Sosİal

1158 nəfərə pulsuz əlil arabası verildi

1158 nəfərə pulsuz əlil arabası verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin ötən dövründə 1158 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı əlil arabası ilə təmin edib. 

Bölgələrdə yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların müvafiq xidmətlərdən daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb. 

Qeyd olunan işlərin davamı kimi, son iki gündə ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Gəncə şəhərində, Göygöl, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayan 26 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa əlil arabaları xüsusi ayrılmış avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla şəxsən təqdim olunub.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar verildiyi halda əlil arabası ilə təmin olunurlar.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.