banner
banner

Sosİal

Leyla Şıxlinskaya klinikası bağlandı

Leyla Şıxlinskaya klinikası bağlandı

Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə Bakının ən tanınmış klinikalarından biri qapanır. 

Cia.az xəbər verir ki, Milli.Az-a daxil olan məlumata görə, Leyla Şıxlinskaya klinikası fəaliyyətini dayandırır. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi deyilir. Klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb.

Tibb ocağı isə qapılarının bağlanmasını təmirlə əlaqələndirir. Klinikadan Milli.Az-a bildirildi ki, hazırda müəssisə lisenziya almaq ərəfəsindədir. Beş illik lisenziyanın vaxtı bitmək üzrədir. Ona görə də klinika müvəqqəti olaraq təmirə dayanır.

Qeyd edək ki, əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.