Fox TV yeni evlilik proqramı üçün başqa məşhurla razılaşıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, üç ildir gündüz saatında evlilik verilişinə aparıcılıq edən Esra Erol ATV-yə getdiyi üçün kanal rəhbərliyi onun yerinə namizəd axtarırdı. Daha əvvəl Söngül Karlı və Uğur Arslanın da aparıcılıq etdiyi evlilik proqramını kanal davam etdirməkdə qərarlı olub. Bu dəfə isə aparıcı aktrisa Zuhal Topal olacaq. O, sentyabrdan ekranlarda görünəcək.
Qeyd edək ki, Z.Topal 2009-2011-ci illər aralığında Star TV-də bu formatda layihənin aparıcısı olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.