66 yaşlı məşhur pianoçu Billi Coellə 33 yaşlı xanımı Aleksis Roderik valideyn olublar. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün qızı dünyaya gəlib. Uşağa Della adı qoyulub. Aleksislə 2009-cu ildən görüşən Bill sevgilisinin hamilə olması səbəbindən ötən ay onunla nikah bağlayıb. Musiqiçi daha əvvəl 3 dəfə evli olub. Della Billin 2-ci qızıdır. Onun Kristi Brinkli ilə olan evliliyindən Aleksa Rey adlı 29 yaşlı bir qızı da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.