Bakı-Sumqayıt qatarı ayın 15-də xəttə çıxa bilər- Rəsmi
Bakı Dəmiryol Vağzalında bir müddət əvvəl başlayan təmir-tikinti işləri hələ də bitməyib.
Tikinti işləri ilə əlaqədar olaraq bilet kassalarının yerinin dəyişdirilməsi, əvvəlki yerlə müqayisədə daha uzaqda olması bəzi sərnişinlərə çətinlik yaradır.
Tikintinin nə zaman bitəcəyinə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov aydınlıq gətirib.
Cia.az-ın məlumatına görə, Nadir Əzməmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, sərnişin stansiyalarında platformalar qurulub, ora yollar çəkilir: “Sumqayıt sərnişin stansiyasında da platformalar qoyulub, yollar qurulur. Ümumilikdə hazırda tamamlanma işləri gedir. Çalışırıq ki, Bakı-Sumqayıt qatarını sentyabrın 15-də xəttə buraxaq. Bütün heyət cəlb olunub ki, işlər maksimum sürətlə getsin”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.