Ötən gün Berlin küçələrində səfil halda görüntülənən tanınmış aktyor Birol Ünelə kömək əli uzadan tapılıb. Aktyorun Almaniyanın Köln şəhərində yaşayan rejissor dostu Hüseyin Yigit onu yaşamaq evinə dəvət edib. Daha əvvəl də maddi durumu pis olan Birola işlə bağlı kömək edən Hüseyn “O, mənim dostumdur. Onu çox sevirəm” deyib. B.Ünel isə “Başımı yenidən bir damın altına salacağım üçün çox xoşbəxtəm” söyləyib.
Qeyd edək ki, Berlin küçələrində səfil halda obyektivlərə tuş gələn aktyor məşhur “Duvara karşı” filmində “sərxoş, tüfeyli həyat sürən”qəhrəmanın obrazını canlandırmışdı. Almaniya mətbuatı da aktyorun bu həyat tərzini “Filmdəki rolu real oldu” başlığı ilə gündəmə gətirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.