"Medcezir"in aktrisası da saçını qısaltdı - fotolar
Sənət dünyasının məşhur qadınları arasında qısa saç modası başlayıb.
Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa Tuba Büyüküstünün ardından həmkarı Şəbnəm Dönməz də saçlarını qısaldıb. Onun yeni imici ilə fotosunu stilisti Önder Tiryaki İnstaqramda paylaşıb.
Ş.Dönmez son olaraq "Medcezir" serialında çəkilib.
Qeyd edək ki, bir neçə gün əvvəl saçlarını kəsdirən T.Büyüküstünün tanınmaz halı sevənləri tərəfindən bəyənilməmişdi. Gözəl məşhurun kəsdirdiyi saçlarını xərçəngdən əziyyət çəkən uşaq birliyinə bağışladığı deyilmişdi. Lakin Tuba açıqlamasında "Saçlarımı hansısa bir layihəyə görə yox, öz istəyimlə kəsdirdim" deyə, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.