Son vaxtlar münasibətlərinin gərgin olduğu deyilən müğənni Kənan Doğulu ilə aktrisa həyat yoldaşı Beren Saatın şayiələrdən əvvəl verdikləri müsahibə yenidən gündəmə gətirilib. Sentyabrda nümayiş olunacaq “Minyonlar” animasiya filmi üçün dublyaj studiyasına keçən cütlük bir-birlərinin ünvanına təriflər yağdırıb. Xüsusilə Kənan Bereni Türkiyənin ən yaxşı aktrisası adlandırıb: “Berenlə eyni layihədə olmaq xüsusilə gözəldir. Çünki o, işini çox yaxşı görən insandır. Türkiyənin ən yaxşı aktrisası olmaqla yanaşı, möhtəşəm dublyaj edir. Ondan hər an nəsə öyrənmək olur”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.