Qanunsuz tikintilərə nəzarət gücləndirildi - ƏMDK MƏLUMAT YAYDI
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqların mühafizə zonaları ilə bağlı tələblərə riayət olunmasına nəzarəti gücləndirib.
Bu barədə ƏMDK məlumat yayıb.
Məlumata görə, keçirilmiş monitorinqlərin nəticəsi göstərir ki, bu sahədə ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə olmayan istifadə, özbaşına tikililər, eləcə də mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsidir.
“Bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozurlar, bəzən isə insanlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar”, - deyə komitə qeyd edib.
Oxu.az xatırladır ki, Nazirlər Kabineti tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən edilib.
Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin və ixrac boru kəmərlərinin ətrafında yaradılır.
Onu da əlavə edək ki, komitənin yeni Əsasnaməsilə, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib.
Bu məqsədlə dövlət müfəttişləri tərəfindən mütəmadi qaydada Bakı şəhərində və ətraf ərazilərdə monitorinq və müşahidələr aparılır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.