İstehlak bazarında növbəti dəfə yararsız məhsullar aşkar olunub.
İqtisadiyyat və Sənaye Nazirliyindən Cia.az-a verilən məlumata görə, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında növbəti monitorinq aparılıb.
Monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, Bakının Nəsimi rayonu 20 Yanvar küçəsi, 23B ünvanında yerləşən Əli Əmiraslanova məxsus mağazada, A.Mustafayev küçəsi, 21A ünvanında yerləşən Nicabət Abdullayevaya məxsus mağazada, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 21 ünvanında yerləşən Zaur Mayılova məxsus mağazada, Saatlı rayonu Qara Nuru kəndində yerləşən Abbas Eldarova məxsus mağazada və Zərdab şəhəri H.Əliyev prospektində yerləşən Sülhiyyə Hacıyevaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Monitorinqlərdə həmçinin, Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 8 ünvanında yerləşən Ramil Əzizova məxsus mağazada, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Validə Sarıyevaya məxsus mağazada, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən Duman Qasımova məxsus mağazada, Saatlı rayonu Qara Nuru kəndində yerləşən Mehman Nuriyevə məxsus mağazada, Xaçmaz rayonu Müşkür kəndində yerləşən Gözəl Yaqubova məxsus mağazada və Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən Aydın Lelimadova məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və aşkar edilən faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.