Tatlıses keçmiş həyat yoldaşına səsləndi: "Halal olsun ki..."
Pop kral İbrahim Tatlıses oğlu İdonu tərifləyib. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu həftə müayinəsi üçün yenidən ABŞ-a gedən sənətçi onunla yol yoldaşı olan oğlu haqqında sosial mediada yazıb. O, İdonun anası Dərya Tunaya səslənərək qeyd edib:
"Nə yaxşı ki, İdonu dünyaya gətirmisən, Dərya xanım. İdo Amerikada həm əlim, həm ayağlm, həm dilim, həm də sürücümdür. Nə qədər əsəbiləşsəm də, heç bir narazılıq etmir. Afərin, həm sənə, həm mənə, həm də İdo bəyə... Çox tərbiyəli övlad böyütmüsən. Təbii ki, bunlardan öncə Allahımda həmd olsun ki, belə bir övlad nəsib edib. Urfadakı qızlarım da namazlarında dua edirlər. Allah onlardan da razı olsun".
Xatırladaq ki, musiqi dünyasında geyimi ilə seçilən İdo Tatlıses atasının ABŞ-dakı ilk əməliyyatında da onun yanında olmuşdu.
Qeyd edə ki, İbrahim Tatlıses Derya Tuna ilə münasibətlərini bitirdikdən sonra onunla ilk dəfə oğlunun sünnət toyunda bir araya gəlmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.