banner
banner

Sosİal

Zığ sakinləri Abid Şəriflovla görüş tələb etdilər, amma...

Zığ sakinləri Abid Şəriflovla görüş tələb etdilər,
Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri bu gün Nazirlər Kabinetinin qarşısına toplaşıb. Onlar baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb ediblər.
Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.
 
Sakinlərin sözlərinə görə, hazırda 50-yə yaxın sakin Nazirlər Kabinetinin qarşısındadır: “Biz Prezident Administrasiyasına getdik. Oradan Abid Şərifova müraciət etməyimizi tövsiyə etdilər. Lakin Abid Şərifov bizi qəbul etmədi”.
 
Sakinləri Nazirlər Kabinetinin tikinti və kommunal təsərrüfatı şöbəsinin rəhbəri Şahin Salahov qəbul edib: “Şahin Salahov isə dedi ki, köçürülmə və kompensasiya ilə bağlı heç nə deyə bilməyəcək. Hətta məlumat da vermədi. Abid Şərifovla görüşmək tələbimiz də yerinə yetirilmədi. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə son görüşdə işlərin yekunlaşmaq üzrə olduğunu söyləmişdilər, amma vəziyyət əvvəlki kimi qalmaqda davam edir”.
 
Şikayətçilər yağışdan sonra çatların dərinləşdiyini dedilər: “Yağışdan sonra çatlar dərinləşir. 500 ailə təhlükədədir. Evləri tamamilə yararsız hala düşən 55 ailənin 3 günə köçürüləcəyi deyilsə də köçürülmə olmadı. Sakinlər təşviş içindədir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.