"Doktorlar"ın Elasından ərinə romantik ad günü mesajı
“Doktorlar” serialından Ela obrazı ilə tanınan aktrisa Yasemin Özilhan 4 illik həyat yoldaşı İzzət Özilhanın ad gününü romantik mesajla təbrik edib. Ərinin fotosunu İnstaqram səhifəsində paylaşan aktrisa yazıb: “Evlilik sevgini öldürür” sualına heç vaxt cavab tapa bilmirdim. Sən mənim bu sualımın cavabı oldun. Hər dəfə sənə baxanda bir daha aşiq oluramsa, hər gün səndən ötrü darıxıramsa, deməli, eşq səninlə gözəldir… Şükür olsun ki, həyatımdasan. Ad günün mübarək! Nə yaxşı ki varsan… Səni çox sevirəm”.
Qeyd edək ki, Yaseminlə İzzətin Əminə və Ela adlı iki qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.