Hollivud müasir dünya kinematoqrafiyasının ilk pilləsində yer alan film məbədidir. Burada aktyorun məşhurlaşıb uğur qazanması böyük zəhmət və istedad tələb edir. Bu gün filmlərdə hər kəsin maraqla izlədiyi ulduzlar bir vaxtlar müxtəlif peşələrdə çalışıblar.
Axar.az dünya ulduzlarının məşhurluqdan əvvəlki fəaliyyətləri haqda yazını təqdim edir. Cesyon Stetxem Statxem karyerasına musiqi video-roliklərində çəkilməklə başlayıb. Gördüyü işlərin bəzilərindən razı qalmayan Stetxem 1993-cü ildə çəkildiyi bir klipdəki rolunu ümumiyyətlə unutmaq istədiyini bildirib.
Kris Evans Müasir dövrün “Amerika Kapitanı” simasında olan Evans 2000-ci illərdə “Misteri Deyt” adlı stolüstü oyunun aparıcısı olub. İdris Elba İdris Elba karyerasına romantik seriallara çəkilməklə başlayıb. O, illər öncə “Family Affairs” serialında Tim Vebster rolunu canlandırıb. Tom Hardi “Bətmən”, “Qara cəngavər yüksəlir”, “Mad Max” kimi filmlərdə rol alan Hollivud ulduzu aktyor olmadan öncə “Ze biq brekfast” (“The Big Breakfast”) adlı bir yarışmada model olaraq fəaliyyət göstərib.
Kris Pratt Aktyorluq sınaqları üçün çəkildiyi “Kursed Part 3” filmində bir o qədər uğurlu rol nümayiş etdirə bilməyən Pratt kino sahəsinə gəlmədən öncə qarson işləyib. Benedikt Kumberbatç Benedikt məşhur aktyor Şerlok olmadan öncə 2000-ci illərdə çəkilən serialda polis rolunu canlandırıb. Maykl Fasbender Fasbender film izləyiciləri tərəfindən sevilən sima olmazdan əvvəl bir çox kliplərə çəkilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.