Müğənni Nadir Qafarzadə xalq artisti İlhamə Quliyevanın ünvanına təriflər yağdırıb. Cia.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında İ.Quliyevanı cizgi-film qəhrəmanına bənzətdi: “İlhamə Quliyevanın sözü mənə qanundur. Bütün sənət adamları ona hörmət etməlidir. Ağbirçək kimi onu dinləməlidirlər. Baxmayaraq ki, cavandır, amma illərin sənətkarıdır. Bir cizgi-filmi var, şahzadə çomağını yerə vurur ki, mən varam və taxt-tacımı heç kimə verməyi düşünmürəm. İlhamə xanım da bu taxt-tacından çəkilməsin. Bu tac ona çox yaraşır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.