İslam dinini qəbul edən ingilis Rozzi Sofi müsəlman olduqdan sonra ərəb ölkələrinin böyük diqqəti ilə qarşılaşıb. Xristian ailədə dünyaya gələn Rozi artıq bir çox ərəb televiziyasından dəvət aldığını və bu yaxınlarda Livana yola düşəcəyini deyib. Əvvəllər ateist olduğunu söyləyən gənc qızın islamla tanışlığı rəfiqələrinin vasitəsilə başlayıb:
“İslamın nə qədər gözəl bir din olduğunu indi başa düşdüm. Bu səbəbdən müsəlman olmağa qərar verdim”.
Rozinin müsəlman olması ətrafındakı bəzi insanlar tərəfindən heç də xoş qarşılanmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.