"Kiralıq aşk" serialının Dəfnəsi - Elçin Sangu aktyor Kıvanç Tatlıtuğla bağlı açıqlama verib. Cia.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisa "Kurt Seyid və Şura" filmində birlikdə çəkildiyi Tatlıtuğun ünvanına təriflər yağdırıb: "Kıvançı tanıdığım üçün çox xoşbəxtəm. Göründüyünün tam əksinə çox mütəvazi və yaxşı insandır". Bir verilişdə qonaq olan Elçin saç və qaş rənginin təbii olduğunu da vurğulayıb: "Dəfnə obrazı real həyatdakı xasiyyətimə uyğundur. Real həyatda da çox gülən, şən biriyəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.