Məşhur cütlüyün 16 yaşlı oğlu yeni sevgilisi ilə - fotolar
Devid-Viktoriya Bekhem cütlüyünün 16 yaşlı oğlu Bruklin yeni sevgilisi ilə paparassilərin hədəfində olub. Gənc cütlük Parisdə kameralara tuş gəlib. Bruklin aktrisa sevgilisi Xloe Moresdən ayrıldıqdan sonra uzun müddət heç kimlə münasibət qurmamışdı.
Lakin məşhur cütlüyün oğlunun artıq qərarını dəyişdiyi və yeni sevgi macərasına hazır olduğu üzə çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.